Tennis üzrə altıqat Böyük Dəbilqə çempionu olan ispaniyalı Karlos Alkaraz "The New York Times"ın 2025-ci ilin ən dəbli insanları siyahısına daxil edilib.
Olimpnews.az xəbər verir ki, ümumilikdə siyahıda musiqi, kino, idman və siyasət də daxil olmaqla müxtəlif sahələrdən 67 məşhur yer alıb.
Məlumat üçün bildirək ki, bu il dünya retinqinin lideri olan ispaniyalı tennisçi iki Böyük Dəbilqə turnirində - Roland Garros və ABŞ Açıq turnirində qalib gələrək üç Masters tituluna yiyələnib. Alkaraz yalnız Wimbledon və ATP finallarının yekununda italiyalı Yannik Sinnerə uduzub.


