Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarında yekun vurulacaq.
Olimpnenews.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə daha dörd qarşılaşma təşkil olunacaq. Günün ilk oyunu Bakı vaxtı ilə saat 21:45-də "Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə) komandaları arasında olacaq. Günün digər oyunları isə saat 00:00-da start götürəcək. İspaniyanın "Real" klubu Madridə "Mançester Siti"ni (İngiltərə), Norveç təmsilçisi "Budyo Qlimt" "Sportinq"i (Portuqaliya) qəbul edəcək. Paralel keçirilən digər oyunda isə Çempionlar Liqasının son qalibi PSJ isə İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq.


