Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularımız müəyyənləşdi

Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularımız müəyyənləşdi

BOK

09.07.2025, 18:04

İyulun 22–26-da Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.

Olimpnews.az xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Komandamız qızların yarışında yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Gülşən Hüseynova (-44 kq), Nuranə Hacızadə (-48 kq), Aysun Məmmədova (-52 kq), Səmayə Yusifli (-57 kq), Ayan Əliyeva (-63 kq) və Zemfira Əliyeva (+70 kq) ilə təmsil olunacaq. Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında isə Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq), Zeyd Ələsgərov (-60 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Amin Mehdiyev (-81 kq) və Sübhan Axundov (+90 kq) yer alacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq. Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR