Türkiyənin Kocaeli şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib.
Olimpnews.az xəbər verir ki, müxtəlif ölkələrdən minə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar.
Komandamızın heyətində "Judo Club 2012" klubun cüdoçuları da qüvvələrini sınayıblar. Klubun baş məşqçisi, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı İlqar Müşkiyevin rəhbərliyi altında turnirdə iştirak edən klubun 4 üzvü mükafatçılar sırasında yer alıb. Belə ki, klubun üzvlərindən Ömər Atayev və Enis İsayev gümüş medala layiq görülüb. Klubun digər üzvlərindən Devid Mahmudov və Hüseyn Səfərov isə yarışı bürünc medalla başa vurub.
"Judo club 2012"nin dörd idmançısı Türkiyədə fəxri kürsüdə yer aldı



