Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş minifutbol üzrə Astara rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, sakinlər tərəfindən böyük maraqla qarşılanan turnirdə 4 qrup üzrə 15 komanda, ümumilikdə 158 idmançı mübarizə aparıb. A qrupundan "Şahağac 88" komandası I yeri tutub. "Ərçivan" FK komandası II olub. B qrupundan Astara komandası birinci, "Artupa" komandası ikinci yerə sahib çıxıb. C qrupundan "Giləkəran" komandası I, "Sovetlik" komandası II olub. D qrupundan "Stansiya" komandası I yeri, "Kijəbə" FK komandası II yeri qazanaraq turnirin 1/4 final mərhələsinə yüksəlib.
1/4 final, yarımfinal və final oyunundan sonra yekun nəticəyə əsasən I yeri "Şahağac 88" komandası tutub. İkinci yerə "Astara", üçüncü yerə isə "Stansiya" komandası sahib çıxıb.
Açılış və mükafatlandırma mərasimlərində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Astara Rayon İcra Hakimiyyətinin Astara şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Rəsulov iştirak ediblər.
I, II, III yerləri tutan komandalar və komanda üzvləri Astara Olimpiya İdman Kompleksinin kubok, medal, diplom və hədiyyələrlə təltif olunublar. Mərasimdə həmçinin, “Ən yaxşı hücumçu”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” nominasiyasında seçilən qaliblər də mükafatlandırılıblar.