Yardımlıda voleybol üzrə rayon turniri keçirilib

Yardımlıda voleybol üzrə rayon turniri keçirilib

Yardımlı İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümünə həsr olunmuş böyüklərdən ibarət komandalar arasında voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib.

Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda mübarizə aparıb. Bütün rəqiblərdən üstün olan Yardımlının Horavar kənd komandası yarışda birinci yeri tutub. II yeri isə rayonun Qaraqaya kənd komandası qazanıb. Qalib komandalar kubok və diplomlarla təltif olunublar.