Lənkəranda "5 İyul – Dünya Badminton Günü" münasibətilə kütləvi açıq idman tədbiri keçirilib. Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş tədbir Lənkəran Gənclər evinin qarşısında başlayıb. Tədbirə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kollektivi, idarənin nəzdində fəaliyyət göstərən Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin müəllim və idmançıları, Gənclər evinin kollektivi və şəhər sakinləri iştirak edib. Tədbirdə badminton idman növü üzrə nümunəvi çıxışlar olub, həmçinin müxtəlif idman növləri üzrə kütləvi açıq idman oyunları göstərilib.
İştirakçılarda böyük maraq yaradan tədbirin təşkilində əsas məqsəd Dünya Badminton Gününün qeyd olunması, uşaqlar arasında idmanın təbliği, onların idmana marağının artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsi idi.
Lənkəranda kütləvi açıq idman tədbiri keçirilib
