Basketbol üzrə qızlardan ibarət U-18 millimiz Avropa çempionatının B divizionunda sonuncu qrup oyununu keçirib.
Olimpnews.az xəbər verir ki, millimiz son qrup oyununda Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib. Millimiz bu nəticədən sonra C qrupunu 3-cü sırada tamamlayıb.
Qeyd edək ki, komandamız ilk dəfə təmsil olunduğu Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.