Tarixə qısa nəzər: EYOF-da Azərbaycan izi
BOK
11.07.2025, 11:49
Avropa Olimpiya Komitələri (AOK) tərəfindən təsis edilən Avropa Gənclər Olimpiya Festivalı müasir dövrün əhəmiyyətli idman tədbirlərindən biridir. Bu tədbir qitədə gənclər arasında müxtəlif idman növləri üzrə yarışların keçirilməsində böyük əhəmiyyət daşıyır. Avropa Gənclər Olimpiya festivallarında Avropa qitəsindən olan minlərlə gənc idmançı güc və bacarığını nümayiş etdirir. Sağlam və ədalətli idman mübarizəsi şəraitində keçən yarışda 13-18 yaşlı, dünyagörüşü yenicə formalaşmağa başlayan gənclər həm də biri-biri ilə ünsiyyət qurur, fikir mübadiləsi aparırlar. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Jak Roqq hələ Avropa Olimpiya Komitəsinin prezidenti olarkən, dünyada Olimpiya Hərəkatını daha da genişləndirmək, gəncləri idmana kütləvi surətdə cəlb etmək məqsədilə Avropa Yeniyetmələrinin Olimpiya Günlərini keçirmək təşəbbüsü ilə çıxış edib. Yeniyetmələrin ilk Olimpiya Günləri 1991-ci il iyulun 18-dən 20-dək Brüsseldə keçirilib. Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar. Təmsilçilərimizin ilk yarışı 1993-cü ildə Niderlandın Valkensvard şəhərinə təsadüf edib. Bu festivalın sayca 15-cisi isə 2019-cu ildə paytaxtımız Bakıda təşkil olunub. Beləliklə, 1993-cü ildən Avropa Gənclər Olimpiya festivallarında təmsil olunmağa başlayan Azərbaycan 26 ildən sonra bu yarışa ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın gənc idmançıları bu günədək keçirilmiş Avropa Gənclərinin 17 Yay Olimpiya Festivalından 15-də iştirak edib və ümumilikdə 89 (32 qızıl, 26 gümüş, 31 bürünc) medal qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo, güləş, atletika və idman gimnastikası növlərində əldə olunub. Qazanılan medallardan 65-i (20 qızıl, 19 gümüş, 26 bürünc) cüdoçularımızın, 16-sı (8 qızıl, 5 gümüş, 3 bürünc) güləşçilərimizin, 7-si (4 qızıl, 1 gümüş, 2 bürünc) atletlərimizin, 1 gümüş medal isə idman gimnastlarımızın payına düşüb. Cüdo və atletikadan fərqli olaraq güləşçilərimizin Olimpiya festivallarında qazandıqları medalların hamısı Bakı-2019-a təsadüf edib. Komandamızın Olimpiya festivallarında medal sıralamasına görə ən yaxşı nəticəsi 2019-cu ildə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında 23 medalla 4-cü yeri tutmasıdır. Azərbaycan idmançılarının bundan sonrakı ən yüksək nailiyyəti isə Belqrad-2007-də 7 qızıl medal qazanaraq, 6-cı olmasıdır. Olimpnews.az komandamızın Avropa Gənclər Yay Olimpiya Festivallarındakı nəticələrini təqdim edir: Valkensvard-1993
1993-cü il iyulun 3-9-da Niderlandın Valkensvard şəhərində Avropa Yeniyetmələrinin II Olimpiya Günləri təşkil olunub. Yarışda 43 ölkədən 1874 idmançı mübarizə aparıb. İdmançılar 10 idman növü üzrə qüvvələrini sınayıblar. Azərbaycan komandası ilk dəfə iştirak etdiyi bu yarışda 4 medal - 1 qızıl, 2 gümüş, 1 bürünc qazanıb. Cüdoçularımızdan Turan Səfərov (60 kq) qızıl, İlham Məmmədov (46 kq) gümüş, Taleh Sultanov (65 kq) isə bürünc medal medala sahib çıxıb. Atletimiz Elvira Cabbarova isə 100 metr məsafəyə qaçış yarışlarının ikincisi olub. Yeniyetmələrdən ibarət komandamız bu nəticə ilə Valkensvardda ümumi hesabda 17-ci yeri tutub. Bat-1995
1995-ci il iyulun 9-14-də Böyük Britaniyanın Bat şəhərində keçirilən (9-14 iyul, 1995) yarışda 47 ölkədən 1709 atlet mübarizə aparıb. Atletlər 10 idman növü - atletika, basketbol, velosiped, otüstü hokkey, futbol, gimnastika, həndbol, cüdo, üzgüçülük və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda bir gümüş medalla Kiprlə birgə XXXI yeri tutub. Yeganə medalı cüdoçu İntiqam Məmmədov (65 kq) qazanıb.
Esbyerq-1999
1999-cu il iyulun 10-dan 16-dək Danimarkanın Esbyerq şəhərində Avropa Yeniyetmələrinin V Olimpiya Günləri keçirilib. Yarışda 48 ölkədən 2324 yeniyetmə atlet 11 idman növü üzrə qüvvəsini sınayıb. Yarışda mübarizə aparan Azərbaycan idmançıları festivalı 4 bürünc medalla başa vurublar. Gənc cüdoçularımızdan Tural Abbasov (50 kq), Kifayət Qasımova (52 kq), Turan Musayev (73 kq) və Nurəddin Səlimov (81 kq) festivalın bürünc medalını qazanıblar. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası bu festivalda ümumi hesabda 34-cü yeri tutub. Mursiya-2001
2001-ci il iyulun 22-dən 26-dək İspaniyanın Mursiya şəhərində VI Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Festivalda 48 ölkədən 2500 idmançı 10 idman növündə mübarizə aparıb. Yarışda iştirak edən Azərbaycan idmançıları 2 gümüş, 2 bürünc medal qazanıblar. Mursiya-2001-də yalnız cüdoçularımız uğurla çıxış edərək komandamızın aktivinə medallar yazdırıblar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq) və Samir Sərkərov (81 kq) isə bürünc medallara layiq görülüblər. Yığmamız bu nəticə ilə ümumi komanda hesabında 30-cu yerdə qərarlaşıb.
Azər Əlizadə
Ardı var...
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK