İyulun 13-də Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş media nümayəndələri arasında şahmat turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, ənənəvi təşkil edilən yarışda 20 media nümayəndəsi A və B qrupunda mübarizə aparıb.
Gərgin və maraqlı keçən turnirdə "Olimpiya dünyası" qəzetinin əməkdaşı Əlixan Babayev qalib adını qazanıb. Siyavuş Əliyev ikinci, İlkin Vidadioğlu isə üçüncü yerlə kifayətlənib.
B qrupunda İlkin Xəlilov birinci yerə layiq görülüb. Kamran Hacı və Sərxan Musalı ilk üçlükdə qərarlaşıblar.
Yarış başa çatdıqdan sonra qaliblərə pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.