Tennis üzrə dördqat Böyük Dəbilqə çempionu Yannik Sinner bazar günü finalda ispaniyalı Karlos Alkaraza qalib gələrək (4:6, 6:4, 6:4, 6:4) Uimbldon 2025-in qalibi olub.
Olimpnews.az xəbər verir ki, yarış başa çatdıqdan sonra o, jurnalistlərin suallarını cavablandırıb
"Böyük uğurlar qazanmışam. Dünya reytinqində birinci pillədə olmaq çətin və məsuliyyətlidir. Hesab edirəm ki, 23 yaşımda hələ zirvədə deyiləm. Ən yaxşı olmaq üçün yaxşıları qabaqlamaq lazımdır. Böyük Dəbilqə turnirinin finalına çıxmaq çox çətindir. Mən həmişə özümə inanmışam. Hesab edirəm ki, təkmilləşmək lazımdır. Çünki gələcəkdə çox yaxşı oyunçular qarşıma çıxacaq. Buna hazır olmalıyam”, - "Punto de Break" portalı Sinnerdən sitat gətirib.