Azərbaycan idmançıları Universiadada mübarizəyə başlayırlar

Azərbaycan idmançıları Universiadada mübarizəyə başlayırlar

Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında mübarizəyə bu gün start verəcəklər.

Təmsilçilərimiz 5 idman növündə - stolüstü tennis, badminton, qılıncoynatma, üzgüçülük və tennisdə qüvvələrini sınayacaqlar. Yarışlar Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərinin ev sahibliyi etdiyi Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.