Skopyedə Olimpiya festivalı öncəsi ilk iclas keçirilib

Skopyedə Olimpiya festivalı öncəsi ilk iclas keçirilib

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan idmançıları artıq Şimali Makedoniyanın Skopye şəhərində yerləşiblər. 

Olimpnews.az xəbər verir ki, komandamızın üzvləri onlar üçün ayrılmış hoteldə məskunlaşıb və yarışlar öncəsi son hazırlıqlara başlayıblar.

Bu gün Skopyedə nümayəndə heyətinin iştirakı ilə ilk iclas keçirilib.

Görüşdə Azərbaycanın Skopye-2025-dəki missiya rəhbəri, Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev çıxış edərək məşqçilərə və idmançılara qarşıdakı yarışlarla bağlı ətraflı məlumat verib.

İclas zamanı turnirin proqramı, yarış qaydaları, davranış prinsipləri və bir sıra vacib məsələlər diqqətə çatdırılıb. 

Qeyd edək ki, Azərbaycan komandası Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq festivalda ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq. 

Festivalın açılış mərasimi sabah Yan Sandanski İdman Mərkəzində keçiriləcək.