Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən atletika yarışlarınada daha bir idmançımız çıxış edib.
Olimpnews.az xəbər verir ki, komandamızın üzvü Mələk Hüseynova uzunluğa tullanma yarışlarında mübarizəyə başlayıb. O, A qrupunda təsnifat mərhələsini 4.90 m nəticə ilə başa vurub.
Qeyd edək ki, festivalın atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda keçirilir.
Skopye-2025: Daha bir atletimiz mübarizəyə start verdi



