Skopye-2025: Daha bir badmintonçumuz ilk görüşdə məğlub oldu 

Skopye-2025: Daha bir badmintonçumuz ilk görüşdə məğlub oldu 

Skopye-2025 çərçivəsində keçirilən badminton yarışları davam edir. 
Olimpnews.az xəbər verir ki, bu gün daha bir badmintonçumuz - Viktoriya Kumanyayeva mübarizəyə start verib. 
Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə təşkil olunan yarışda idmançımızın ilk rəqibi danimarkalı Diya Mari Çeriyan olub. Görüş rəqib idmançının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
Xatırladaq ki, daha əvvəl digər badmintonçumuz Əli Gözəlov ilk görüşündə çexiyalı Petr Brizaya məğlub olub -0:2.