Skopye-2025: Badmintonçumuz ikinci oyunda da məğlub oldu

Skopye-2025: Badmintonçumuz ikinci oyunda da məğlub oldu

Badmintonçumuz Viktoriya Kumanyayeva Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti oyununu keçirib.  
Olimpnews.az xəbər verir ki, Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə keçirilən yarışda idmançımız çexiyalı Ştepanka Nıdrlova ilə qarşılaşıb. G qrupunda ikinci oyununu keçirən idmnaçımız rəqibinə 2:1 (21:18, 9:21, 16:21) hesabı məğlub olub. 
İdmançımız Bakı vaxtı ilə saat 17:00-da üçüncü oyununa çıxacaq. Badmintonçumuzun rəqibi Cill Laur Felten (Lüksemburq) olacaq. 
Xatırladaq ki, Viktoriya Kumanyayeva ötən gün keçiridiyi ilk görüşdə danimarkalı Diya Mari Çeriyana 2:0 (21:8, 21:14) hesabı ilə uduzmuşdu.