Bu gün cüdoçularımız Skoye-2025-də mübarizəyə başlayır

Bu gün cüdoçularımız Skoye-2025-də mübarizəyə başlayır

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start veriləcək. 
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarında qızlar arasında Gülşən Hüseynova (-44 kq), oğlanların mübarizəsində isə Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qüvvəsini sınayacaq. 
Mübarizəyə 1/4 finaldan başlayacaq Avroopa üçüncüsü Gülşən Hüseynova ilk qarşılaşmasında Sara Coni (Böyük Britaniya) - Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə qarşılaşacaq. 
Rza Xəlilli isə 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevski ilə üz-üzə gələcək. İlk mərhələdən azad olan son Avropa çempionumuz Rəsul Əlizadə isə 1/8 finalda Nikita Tataryin (Ukrayna) - Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə mübarizə aparacaq. 
Yan Sandanski İdman Mərkəzində keçirilən yarışın təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:30-dan etibarən başlayacaq. Final blokuna  isə 19:00-da start verləcək.