Skopye-2025: Daha bir cüdoçumuz finalın bir addımlığında

Skopye-2025: Daha bir cüdoçumuz finalın bir addımlığında

Azərbaycan cüdoçusu Nuranə Hacızadə Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının yarımfinal mərhələsinə vəsiqə qazanıb. 
Olimpnews.az xəbər verir ki, -48 kq çəki dərəcəsində mübarizə aparan  təmsilçimiz 1/4 finalda moldovalı Qabriela Hertaya qalib gəlib. 
Təmsilçimiz finala vəsiqə uğrunda görüşdə macarıstanlı Viktoriya Kisslə qarşılaşacaq.

Digər cüdoçumuz Aysun Məmmədova (-52 kq) isə 1/4 finalda almaniyalı Hanna Qlaunerə məğlub olub. 
Qeyd edək ki, daha əvvəl digər cüdoçumuz Zeyd Ələsgərov (-60 kq) da çexiyalı Matey Spiçkaya qalib gələrək adını yarımfinal mərhələsinə yazdırmışdı. 

Skopye-2025: Daha bir cüdoçumuz finalın bir addımlığında Skopye-2025: Daha bir cüdoçumuz finalın bir addımlığında