Xorvatiyanın Osiek şəhərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən gimnastika yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün ölkəmiz qızlar arasında idman gimnastikasının çoxnövçülük yarışlarında təmsil olunur.
Komandamızın üzvlərindən Aynaz Məcidzadə, Leyla Məmmədzadə və Albina Əliyeva yarışda mübarizəyə başlayıblar.
Qeyd edək ki, gimnastika yarışları “Qradski Vrt” yarış zalında keçirilir.