Skopye-2025 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən üzgüçülük yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün qızların 100 metr məsafəyə batterflay yarışında yarımfinala vəsiqdə əldə edən idmançıların adları müəyyənləşib. Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bu məsafə üzrə yarışlarda növbəti mərhələ üçün vəsiqəni əldən verib. 35 qız üzgüçünün mübarizəsində o, çıxışını 30-cu yerdə tamamlayıb - 1:07.10.
Məlumat üçün bildirək ki, yarımfianl mərhələsində qitənin 16 idmançısı fərxri mükafatlar üçün mübarizəyə qoşulacaq.