Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışlarına da start verilib.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə üç idmançımız mübarizə aparır. Artıq ilk idmançımız Mehdi Budaqlı dayanq üzərinə çıxıb.
48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib. Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Taekvondoçumuzun 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.
Skopye-2025: Taekvondoçumuz erməni rəqibinə qalib gəldi
