Azərbaycan cüdoçusu Zeyd Ələsgərov XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Gürcüstanı təmsil edən Vaxtangi Çiaberşvilini mübarizədən kənarlaşdırıb. Gərgin mübarizə şəraitində keçən görüş 10 dəqiqə davam edib. Lakin cüdoçumuz son anda güclü rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb.
Qeyd edək ki, Avropa çempionumuzun finaldakı rəqibi ukraynalı Xəzər Heydərov olacaq.