Skopye-2025 çərçivəsində keçirilən daha bir cüdoçumuz final mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, -48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda macarıstanlı Viktoria Kissi ipponla məğlub edib. İdmançımızın finaldakı rəqibi Fransa təmsilçisi Selin İddir olacaq.
Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçularımızdan Zeyd Ələsgərov (-60 kq) final, Aysun Məmmədova (-52 kq) isə bürünc medal uğunda görüşə çıxacaq.