Daha bir taekvondoçumuz EYOF-2025-də mübarizəni dayandırdı

Daha bir taekvondoçumuz EYOF-2025-də mübarizəni dayandırdı

Skopye-2025 çərçivəsində keçirilən taekvondo yarışlarında ölkəmizi təmsil edən Mehdi Budaqlı (48 kq) mübarizəni dayandırıb. 

Olimpnews.az xəbər verir, 1/16 finalda ermənistanlı rəqibinə qalib gələn idmançımız növbəti görüşdə türkiyəli Altuq Keskeyə məğlub olub. 

Qeyd edək ki, daha əvvəl digər taekvondoçularımız - Humay Dadaşova (49 kq) və Xuraman Cavadzadə (44 kq) 1/32 finalda məğlub olaraq EYOF-2025-də çıxışını başa vurmuşdu.