Şimali Makedoniyada keçirilən “Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışlarında mükafatçılar müəyyən olunub.
Olimpnews.az xəbər verir ki, bu gün 10 metr məsafəyə pnevmatik tapançadan Duet (HİT/MİSS) yarışlarında ölkəmizi təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışları ilə yadda qalıblar.
Komanda üzvlərimiz 53 xalla final mərhələsinə vəsiqə qazanıblar. Komandamız bu nəticə ilə həm də Avropa rekordunun müəllifi olub.
Final mərhələsində atıcılarımız Moldova təmsilçilərinə 19-21 hesabıyla məğlub olublar. Bununla da idmançılarımız gümüş medalla kifayətləniblər.