"Əl-Hilal" ABŞ-da keçirilən klublararası dünya çempionatında iştirak etdiyi üçün Səudiyyə Ərəbistanı Superkubokunda iştirakdan imtina edib.
Olimpnews.az kluba istinadən xəbər verir ki, verilən açıqlamaya görə, imtina futbolçuların yeni mövsümə qədər sağlamlığını və hazırlığını təmin etmək istəyi ilə bağlıdır. Məlumat üçün bildirək ki, futbol üzrə Səudiyyə Ərəbistanı Superkuboku avqustun 19-da başlayacaq.
Turnirdə “Əl-İttihad”, “Əl-Nəsr”, “Əl-Qadisiya” və “Əl Əhli” klubları iştirak edəcək.
Xatırladaq ki, "Əl-Hilal" bundan əvvəlki iki mövsümdə də kubokun sahibi olub.