"Barselona" 2026-cı ilə kimi doğma stadionu olan "Kamp Nou"da çıxış edə bilməyəcək.
Olimpnews.az AS nəşrinə istinadən xəbər verir ki, 2022-ci ildən yenidən qurulan stadionun ilk olaraq 2024-cü ilin payızında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Lakin bu müddət 2025-ci ilin aprelinə, daha sonra isə avqust ayına qədər təxirə salınıb. Bildirilir ki, Barselona Şəhər Şurası çoxsaylı çatışmazlıqlara görə hələ də arenaya lisenziya verməkdən imtina edir.
Qeyd edək ki, "Kamp Nou"nun yenidən qurulması səbəbindən "Barselona" ev oyunlarını Olimpiya Stadionunda keçirir.