Bu gün Skopye Olimpiya Üzgüçülük Mərkəzində daha bir yarış günü başa çatıb.
Olimpnews.az xəbər verir ki, üzgüçülərin 400 metr məsafəyə fərdi qarışıq yarışında təmsilçimiz Amin Oruclu da çıxış edib. O, bu məsafədə finişə 28-ci yerdə çatıb - 5:01.08. Bununla da, Amin Oruclu növbəti mərhələyə yüksələ bilməyib.