Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, festivalın son günündə Azərbaycan komandası cüdo üzrə qarışıq komanda yarışlarında mübarziə aparacaq. Yan Sandanski İdman Mərkəzində keçiriləcək yarışlarda komandamız ilk görüşünü saat 9:15-də keçirəcək. Rəqib Yunanıstan komandası olacaq.
Bu gün həmçinin Yan Sandanski İdman Mərkəzində Skopye-2025-in rəsmi bağlanış mərasimi də təşkil olunacaq. Saat 20:30-da başlayacaq mərasimdə Azərbaycan komandasının bayraqdarları atletika üzrə 110 metr məsafəyə sədlərlə qaçış üzrə U-18 Azərbaycan rekordçusu Əmir İsmayılov və cüdo üzrə -44 kq çəki dərəcəsində Skopye-2025-in qızıl medalçısı Gülşən Hüseynova olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 3 qızıl, 3 gümüş və 4 bürünc medal var.
Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulacaq
