Ən məşhur BMX yarışçılarından biri olan Kris Kayl dünyada daha bir maraqlı tryuku ilə diqqət çəkib.
Olimpnew.az xəbər verir ki, o, hərəkətdə olan Formula 1 avtomobilinin üzərindən velosipedlə tullanan ilk şəxs olub.
Qeyd olunur ki, Kris bu hərəkətin icrası üçün yeddi ay hazırlaşıb. «Red Bull» komandasının sükanı arxasında oturan David Kulthard Krisin icra etdiyi hərəkətdə vasitəçi olub. "Bu, indiyə qədər etdiyim ən qorxulu hərəkətlərdən biri oldu. Formula 1 bolidinin mənə doğru tələsdiyini görmək sadəcə dəlilik idi. Amma mən yalnız nə etməli olduğumu düşünməli idim. Deməliyəm ki, arzum gerçəkləşdi", - Kayl «Red Bull» komandasının mətbuat xidmətinə müsahibəsində bildirib.