Astarada stolüstü tennis yarışı keçirilib

Astarada stolüstü tennis yarışı keçirilib

Astara Gənclər evi sosial xidmət müəssisəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Astara Gənclər evinin dəstəyi ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində gənclər arasında stolüstü tennis idman növü üzrə Astara rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, 16 nəfərin mübarizəsi ilə Beynəlxalq Olimpiya sistemi (uduzub-çıxma) üzrə təşkil olunan yarışda birinci yerə Ramin Məmmədov çıxıb. İkinci yeri Elmir Murtuzzadə, üçüncü yeri isə Yusif Mirzəyev tutub. 
Turnirdə qalib yerlərə sahib olan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medallarna layiq  görülüblər.