“Əvvəldən nəyisə bilmək darıxdırıcı olar”

“Əvvəldən nəyisə bilmək darıxdırıcı olar”

İkiqat Böyük Dəbilqə çempionu olan dünya 3 nömrəli amerikalı tennisçisi Kori Qauff son 11 il ərzində 10 fərqli tennisçinin qalib gəldiyi ABŞ açıq çempionatından danışıb. “Düzünü desəm, Uimbldonda da vəziyyət oxşardır. Üç setdə oynadıqları qadın tennisində yeni qaliblər daha asan meydana çıxır. Ən yaxşı beşlik formatında ən güclü oyunçunun geri dönmə şansı daha yüksəkdir. Əgər siz turnirdən əvvəl kimin yarımfinalda və ya finalda olacağını artıq bilsəniz, darıxdırıcı olar”, - dedə Qauff mətbuat konfransında bildirib.