Rəsul Əlizadə: “Çalışacağam ki, mənə inananların etimadını qələbələrimlə doğruldum” - MÜSAHİBƏ
BOK
25.08.2025, 20:22
Yeniyetmə yaşda Avropa çempionu və EYOF-2025-in qalibi olmaq hər gənc idmançı üçün həm böyük şərəf, həm də ağır məsuliyyətdir. Bu uğurlar yalnız təbii istedadla qazanılmır. Onların arxasında əzm, fədakarlıq və böyük dəstək dayanır. Cüdo üzrə gənclər arasında ölkəmizi uğurla təmsil edən Rəsul Əlizadə də məhz belə idmançılardandır. O, Avropa çempionatında sonra Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında da 55 kq çəki dərəcəsində eyni uğuru təkrarlayaraq, çempion adını qazanıb. Yeniyetmə cüdoçumuzla söhbətimizdə onun idman yoluna başlama hekayəsi, qarşılaşdığı çətinliklər, qələbə anlarındakı hissləri və gələcək hədəfləri barədə danışdıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Rəsul, söhbətimizə cüdoya gəlişindən başlayaq. Bu idman növünə gəlişin necə oldu və ilk dəfə tatami üzərinə çıxanda hansı hissləri keçirdin? - 2008-ci il mayın 14-də Lənkəran şəhərində anadan olmuşam. Sonra ailəmlə birgə Bakıya köçdük. Cüdoya gəlişim 7 yaşımda olub. Şəxsi məşqçim Həsən müəllim məni bu idman növünə dəvət etdi. Buna qədər heç bir idman növü ilə məşğul olmamışdım. Uşaqlıqdan idmana marağım var idi. Məhəllədə futbol oynayırdıq və Həsən müəllim də bizim məhəllədən keçirdi. Hətta bir dəfə futbol oyunumuzu izlədiyini xatırlayıram. Sonra məni yanına çağıraraq idmanla məşğul olub-olmadığımı soruşdu. Mənim “xeyr” - cavabımdan sonra cüdo məşqlərinə dəvət etdi. Bu təklif məni çox sevindirdi. Ertəsi gün səhər vədələşdiyimiz vaxtda zala getdim. Atamla da danışıb, razılaşdıqdan sonra məni zala apardı və beləliklə, idman yoluma cüdo ilə başladım.
- Yeniyetmə yaşda belə böyük uğurlar qazanmaq asan deyil. Bu yolda qarşılaşdığın ən böyük çətinliklər hansılar oldu? - Təbii ki, bu yaşda belə nəticələr əldə etmək heç də asan deyil. Qarşıma müxtəlif çətinliklər çıxdı. Amma bütün maneələrə baxmayaraq, səbr və əzimlə çalışaraq onların öhdəsindən gəldim və bu gün qazandığım uğurlara çatdım.
- Avropa çempionu olduqdan təxminən 26 gün sonra EYOF yarışlarının qalibi oldun. Olimpiya festivalını necə xatırlayırsan? Çıxışların barədə nə deyə bilərsən? - Bəli, qeyd etdiyiniz kimi, Avropa çempionatından cəmi 26 gün sonra EYOF yarışlarında tatami üzərinə çıxdım. Demək olar ki, eyni ölkədə, eyni məkanda keçirilən yarış idi. Orqanizm tam toparlanmadan ikinci yarışa qatıldım. Buna baxmayaraq, çox şükür ki, burada da qalib gəldim və Vətənə qızıl medalla döndüm. Çıxışlarım asan olmadı. Rəqiblərim Avropa çempionu olduğumu bildikləri üçün daha ciddi hazırlaşmışdılar. Amma bütün çətinliklərə baxmayaraq, yenə də çempion olmağı bacardım.
- EYOF 2025-də ən çətin rəqibin kim olub və onun öhdəsindən necə gəldin? - Ən çətin rəqibim finalda qarşılaşdığım xorvatiyalı idmançı Kristian Butuçi oldu. O, sındırıcı fənddən istifadə etsə də təslim olmadım. Qızıl xal bölümündə isə ona qalib gəldim və çempion oldum.
- Böyük uğurların arxasında mütləq dəstək dayanır. Sənə ən çox kimlər dəstək olub? - Uğurlarımın arxasında, sözsüz ki, böyük dəstək göstərən insanlar var. İlk növbədə şəxsi məşqçim Həsən Əkbərli və anamı qeyd etməliyəm. Bu günə qədər onların mənə verdiyi dəstək çox böyükdür. Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov və Nicat Şıxəlizadəyə də xüsusi minnətdarlığımı bildirirəm. Hər birinin böyük zəhməti var. Hazırda yığmamızın əsas üzvlərindən olan Elcan Hacıyev də mənə böyük dəstək olur. Fürsətdən istifadə edib bizə yaradılan şəraitə görə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə və məşqçilər heyətimizə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə inananların etimadını qələbələrimlə doğruldum.
- Bu həftə Bolqarıstanın paytaxtı Sofiyada ilin ən mötəbər yarışlarından biri - dünya çempionatı keçiriləcək. Avropa çempionatı və EYOF- 2025-dən sonra ardıcıl üçüncü qızıl medalı qazanmaq mümkündürmü? - Bəli, dünya çempionatı bizim üçün ilin ən çətin və məsuliyyətli yarışı olacaq. Hazırlıq prosesimiz yüksək səviyyədə gedir, Qubada təlim- məşq toplanışında iştirak etmişik. Məqsədim odur ki, Avropa çempionatı və EYOF-2025-də əldə etdiyim uğurlardan sonra dünya çempionatında da qızıl medal qazanım. Çox istərdim ki, bu mövsümü “üçdə üç” nəticə ilə tamamlayım. İnanıram ki, bu mənə qismət olacaq.
- Ali təhsillə çətin məşqləri necə uzlaşdırırsan? Heç olubmu ki, imtahana hazırlaşmaqla məşq arasında qalasan? - Məktəbdə dərslərimi yaxşı oxuyurdum, amma peşəkar idmana keçəndən sonra dərsləri və məşqləri istədiyim səviyyədə davam etdirmək çətinləşdi. Orta səviyyəli təhsilim olub, amma hazırda Azərbaycan İdman Akademiyasının tələbəsiyəm. Çalışıram ki, təhsillə məşq bir-birinə mane olmasın.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK