İtaliyalılar iki oyundur ki, 5 qol vururlar - Rekord

İtaliyalılar iki oyundur ki, 5 qol vururlar - Rekord

Futbol üzrə İtaliya millisi tarixdə ilk dəfə ardıcıl iki rəsmi oyunda 5 qol vurub.

Olimpnews.az xəbər verir ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 5-ci və 6-cı turlarının oyunlarında "Skuadra adzurra"  Estoniya (5:0) və İsrail (5:4) yığmalarına qalib gəlib.
Məlumat üçün bildirək ki, İtaliya millisinin seçmə mərhələdə növbəti oyunu oktyabrın 11-də Estoniya ilə olacaq. I qrupunun cədvəlində İtaliya dörd oyundan sonra  doqquz xalla ikinci yerdə qərarlaşıb. Gennaro Qattuzonun komanadsı lider Norveçdən üç xal geri qalır.