"Real"ın "Lester"lə danışıqları başlaya bilər

\"Real\"ın \"Lester\"lə danışıqları başlaya bilər

BOK

15.09.2025, 21:47

"Lester"in hücumçusu Ceremi Monqa Madrid "Real"ının diqqət mərkəzinə düşüb. Fichajes portalının verdiyi məlumata görə, “Kral klubu” 16 yaşlı cinah yarımmüdafiəçisinin karyerasını aktiv şəkildə izləyir. Qeyd edək ki, Monqa İngiltərə Premyer Liqasında bu ilin aprelində, 15 yaşında olarkən debüt edib. Bu mövsüm futbolçu bütün turnirlərdə beş matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, Monqanın transfer məbləği 5 milyon avro dəyərindədir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR