Çinlilər kanadalı rəqibləri ilə bacarmadılar

Çinlilər kanadalı rəqibləri ilə bacarmadılar

BOK

15.09.2025, 23:48

Paris-2024 Yay Olimpiya Oyunlarının çəkicatma üzrə kanadalı çempionu Kamrin Rocers dünya çempionu tituluna yiyələnib.  Yaponiyanın paytaxtı Tokioda keçirilən atletika üzrə dünya çempionatında qadınlar arasında çəkicatma yarışında o bütün rəqiblərini qabaqlayıb. Gümüş medalı çinli Zhao Jie (77.60 m) qazanıb. Digər çinli idmançı Zhang Jialie isə bürünc mükafatla kifayətlənib. Atletika üzrə dünya çempionatı - 2025 Çəkicatma (qadınlar)  Nəticələr: 1. Kamrin Rocers (Kanada) - 80,51 m. 2. Zhao Jie (Çin) - 77,60. 3. Zhang Jialie (Çin) - 77,10. Məlumat üçün bildirək ki, atletika üzrə dünya çempionatı sentyabrın 13-dən 21-dək keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR