Azərbaycan İdman Akademiyasında ilk dəfə Akademiyanın himni səsləndirildi
BOK
16.09.2025, 12:51
Sentyabrın 15-də Azərbaycan İdman Akademiyasında (ASA) 2025/2026-cı tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Olimpnews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ilk dəfə səsləndirilən Akademiyanın himni tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilib. Üç bənddən ibarət olan akademiyanın himninin sözləri Etibar Dilqəmoğluna, musiqisi isə Sərdar Fərəcova məxsusdur. Tədbirdə himnin müəllifi, cüdo üzrə idman ustası Etibar Dilqəmoğlu çıxışında bildirib: “Bu gün burda iştirak etməyim məndə həm sevincli, həm də qürürverici hisslər yaşadır. Mən də illər öncə bu akademiyanın məzunu olmuşam. Vurğulamaq istəyirəm ki, İdman Akademiyasının tələbələri və məzunları arasında torpaqlarımızın azadlığı uğrunda böyük əzmkarlıq və hünər göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Qeyd olunduğu kimi, idmana və akademiyaya sevgimi 14 bəndlik şeirdə ifadə etmişdim. Sonradan bəstəkar Sərdar Fərəcovun dəstəyi ilə həmin şeiri himn formasına salaraq 3-4 bənddə bütün məna və məğzini çatdırmağa nail olduq. Fürsətdən istifadə edib, akademiyaya həsr etdiyim himnin təsdiqi üçün akademiyanın rektoru Fuad Hacıyevə və bu işdə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”. “Bilik günü”ndə çıxış edən Azərbaycan İdman Akadmeiyasının Tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Prorektorlar Akademiyada görülən işlər, həyata keçirilən islahatlar və qarşıdakı hədəflər barədə ətraflı məlumat veriblər. Akademiyanın Fiziki tərbiyə fakültəsinin dekanı Qəmbər Cəfərov çıxışında yeni tədris ilində fakültədə tələbələrin peşəkar inkişafı üçün yaradılan imkanları diqqətə çatdırıb. İdman fakültəsinin dekan müavini Ələkbər Hüseynov tələbələrin akademik və idman fəaliyyətlərində uğurlar qazanması üçün yaradılan şəraitdən danışıb, gəncləri həm təhsildə, həm də idmanda yüksək nəticələr göstərməyə səsləyib. Çıxış edən Sağlamlıq və menecment fakültəsinin dekan müavini Sevda Qarayeva isə tələbələrə tədris prosesində fəal olmağı, elmi-tədqiqat işlərində iştirak etməyi və biliklərini daim artırmağı tövsiyə edib.
Azərbaycan İdman Akademiyasının Himni
Musiqisi: Sərdar Fərəcov Sözləri: Etibar Dilqəmoğlu
Müstəqil ölkənin övladı olduq Peşəkar idmançı adını aldıq Hər yerdə qələbə zəfəri çaldıq (3)
Tələbə olsaq da hay salmışıq biz Dünyaya bəllidir, məğrur səsimiz (2) Ay ulduz üç rəngli bayrağımızda Ər kimi durmuşuq torpağımızda Sülh sözü yaşayır dodağımızda (3) Tələbə olsaq da hay salmışıq biz Dünyaya bəllidir, məğrur səsimiz Bağlıyıq Vətənə: haqdır yolumuz Düşmənə zərbədir milli ordumuz Şöhrətlə ucalır Odlar Yurdumuz (3)
Tələbə olsaq da hay salmışıq biz Dünyaya bəllidir, məğrur səsimiz.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK