"Judo Club 2012"nin üzvü fəxri kürsünün ən yüksək pilləsində

\"Judo Club 2012\"nin üzvü fəxri kürsünün ən yüksək pilləsində

BOK

29.09.2025, 00:36

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə açıq Avropa turnirinə yekun vurulub.  Yarışların sonuncu günündə "Judo Club 2012"nin üzvü Məhərrəm İmamverdiyev (-81 kq) qızıl medala layiq görülüb. Cudoçumuz həlledici görüşdə macarıstanlı Benedek Tota qalib gəlib.  Xatırladaq ki, ilk yarış günündə Nazir Talıbov (-66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı isə -60 kq çəki dərəcəsində bürünc medala sahib çıxmışdı.  Beləliklə, Azərbaycan cüdoçuları yarışı 7 (2 qızıl, 1 gümüş, 4 bürünc) medalla başa vurub ki, bu medallardan da dördü məhz "Judo Club 2012" klubunun payına düşüb.  Azərbaycan millisi 7 medalla 35 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub. 

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR