Ziya Həsənli: "MDB Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanmaq möhtəşəm bir hissdir"

Ziya Həsənli: "MDB Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanmaq möhtəşəm bir hissdir"

“Bu Oyunlara uzun müddətdir ki, çempion olmaq üçün ciddi şəkildə hazırlaşmışdım". 

Olimpnews.az xəbər verir ki, bu sözləri III MDB Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran taekvondoçumuz Ziya Həsənli (63 kq) deyib. O, Azərbaycan taekvondosu tarixində MDB Oyunlarında qızıl medal qazandığı üçün çox sevindiyini qeyd edib. "Oyunlarda üç görüş keçirdim. Ən çətin qarşılaşma isə sonuncu döyüş oldu. Amma rəqibimə qalib gələ bildim. MDB Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanmaq möhtəşəm bir hissdir. Məqsədimə çatdığıma görə çox sevinirəm. Növbəti hədəfim Olimpiya çempionu olmaqdır”, - deyə Ziya Həsənli qeyd edib.