MOK-da idman könüllüləri ilə görüş olub

MOK-da idman könüllüləri ilə görüş olub

Oktyabrın 13-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman könüllülərinin mükafatlandırma mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin müdiri Anar Bağırov  könüllülər, tələbələr və idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Fərid Mansurov Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bildirib və bu yarışlarda könüllülərin roluna xüsusi diqqət çəkib. O, hər bir iri miqyaslı idman tədbirində könüllülərin dəstəyinə ehtiyac duyulduğunu vurğulayaraq, ölkədə könüllülük siyasətinin daha da möhkəmlənməsinin vacibliyini qeyd edib.
Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev könüllülük proqramı layihəsinin gələcək üçün prespektiv olduğunu, qeyd edərək, onlara fəaliyyətlərinə və dəstəklərinə görə təşəkkürünü bildirib.
MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Anar Bağırov  dünyanın hər bir ölkəsində böyük layihələrdə könüllülərin rolunu əvəzolunmaz hesab edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Sonra çıxış edən könüllülər əldə etdikləri təcrübələrdən danışaraq, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonda bütün könüllülərə sertifikatlar və hədiyyələr təqdim olunub. 
Tədbir xatirə fotosu ilə başa çatıb.

MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub MOK-da idman könüllüləri ilə görüş olub