III MDB Oyunları: Avarçəkmə yarışlarına yekun vuruldu

III MDB Oyunları: Avarçəkmə yarışlarına yekun vuruldu

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların ikinci günündə avarçəkənlərimiz mükafatçılar sırasında yer ala bilməyiblər. Beləliklə, komandamız Oyunları ilk yarış günündə qazandığı 4 medalla başa vurub. 
Qeyd edək ki, komandamızın heyətində Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə gümüş medala sahib olub. Digər idmançımız Amil Ramazanov isə iki bürünc medala layiq görülüb. O, birnəfərlik kayak qayığında 200 və 500 metr məsafədə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında üçüncü yer tutub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanskiy-Hüseyn Həsənov dueti üçüncü yerlə kifayətlənib.