Triatlonçular Pirallahıda yarışıblar 

Triatlonçular Pirallahıda yarışıblar 

Pirallahıda yerləşən Nərəkənd parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə triatlon üzrə ölkə çempionatı keçirilib.
Azərbaycan Triatlon Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, müxtəlif yaş qruplarından olan 100-dən çox idmançının iştirak etdiyi yarışda həm peşəkar, həm də yeniyetmələr mübarizə aparıblar.
İştirakçılar Xəzər dənizinin sularında üzərək bacarıqlarını nümayiş etdiriblər.
Turnirdə uşaqlar super sprint məsafəsində (375 metr üzgüçülük, 8 km velosiped və 2 km qaçış) güclərini sınayıblar. Böyüklər isə sprint məsafəsində (750 metr üzgüçülük, 20 km velosiped və 5 km qaçış) mübarizə aparıblar. Kişilərin yarışında Əli Rzazadə birinci yerə layiq görülüb. Tamerlan Musayev ikinci, Tural Atakişiyev isə üçüncü yerə sahib çıxıb. Qadınların mübarizəsində isə Leyla Abduləzizova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klara Maresçova isə ikinci olub. Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Aslan Salahzadə, Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseyinov, qurumun mətbuat katibi Sənubər İmanova, Triatlon üzrə milli komandanın baş məşqçisi Oleksandr Mordasov və "Trikids Baku" triatlon klubunun direktoru Nurəli Məmmədov təqdim ediblər.