"Barselona"nın qapıçısı Xoan Qarsiya "Real"a qarşı matçda iştirak etməyəcək. "Bərpa prosesi yaxşı gedir, lakin bu daha bir ay çəkəcək. Təəssüf ki, belə bir oyunu tamaşaçı kimi izləyəcəyəm", - deyə AS Qarsiadan sitat gətirib.
Qeyd edək ki, “El-Klassiko” oktyabrın 26-da Madriddə keçiriləcək. Sentyabrın 25-də La Liqanın 6-cı turunda "Ovyedo" ilə oyunda zədə alan Qarsiya əməliyyat olunmağa məcbur olub.