İngiltərənin "Çelsi" klubu klubunun baş məşqçisi Enzo Mareşka cəzalandırılıb.
Olimpnews.az xəbər verir ki, 45 yaşlı mütəxəssis ötən tur "Liverpul" ilə oyunun sonunda qalibiyyət sevinci zamanı göstərdiyi davranışlara görə cəzalı duruma düşüb. İtaliyalı məşqçi 1 oyunluq cəza və 8 min funt-sterlinq cərimə ilə üzləşib.
Qeyd edək ki, "Çelsi" - "Liverpul" oyunu "zadəganlar"ın minimal hesablı qələbəsi ilə başa çatıb -2:1.
"Çelsi"nin baş məşqçisinin cəzası açıqlandı
