Basketbol Liqasinda üçüncü tura start verilir 

Basketbol Liqasinda üçüncü tura start verilir 

Bu gün Azərbaycan Basketbol Liqasında III turun oyunlarına start veriləcək. 
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyununda B qrupunun iştirakçıları olan "Lənkəran" və "Naxçıvan" komandaları üz-üzə gələcək. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.
Günün və qrupun ikinci qarşılaşmasında isə "Ordu" klubu "Sərhədçi"ni qonaq edəcək. Bakı İdman Sarayında keçiriləcək oyuna saat 19:00-da start veriləcək. 
Qeyd edək ki, III turun oyunları oktyabrın 19-da başa çatacaq.