Rossinin avtomobili hərracda satılıb

Rossinin avtomobili hərracda satılıb

Oktyabrın 18-də Münhendə keçirilən “RM Sothebys” hərracında “BMW M Motorsport” tərəfindən təklif olunan “BMW M4 GT3” öz alıcısını tapıb. 

Olimpnews.az xəbər verir ki, 9 qat dünya çempionu Valentino Rossi tərəfindən 27 dəfə idarə olunan avtomobil 646 min avroya satılıb.

Qeyd olunur ki, M4 GT3 ilk dəfə 2023-cü ilin aprelində Monzada keçirilən “GT World Challenge Europe Endurance Cup”da yarışıb. Valentino Rossi və Maksim Martini “Brands Hatch”də keçirilən Bahar kubokunda finişə ikinci çatıb.

Rossinin avtomobili hərracda satılıb Rossinin avtomobili hərracda satılıb