Cəlilabadda basketbol turniri keçirilib

Cəlilabadda basketbol turniri keçirilib

Cəlilabadda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə basketbol idman növü üzrə rayon turniri keçirilib.  
Olimpnews.az xəbər verir ki, şəhər 2 saylı tam orta məktəbin idman zalında təşkil olunan turnirdə iştirak edən 4 komanda çox maraqlı oyun nümayiş etdirib.
Qələbə uğrunda gərgin mübarizədə birinci, ikinci və üçüncü yerləri tutan  komandalar turnirin təşkilatçısı olan  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tərəfindən kubok, diplom və medallarla  təltif olunublar.