Komanda əməkdaşı "Red Bull Rasinq"i ziyana salıb

Komanda əməkdaşı "Red Bull Rasinq"i ziyana salıb

"Red Bull Rasinq" komandası 50 min avro cərimələnib.

Olimpnews.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidmətinin məlumatına görə, komanda əməkdaşı Ostin Qran-Prisində isinmə dövrəsi zamanı məhdudiyyət zonasına daxil olub. Məhkəmə qərarında qeyd olunur ki, işçi marşalların xəbərdarlığına əhəmiyyət verməyib.

Məlumat üçün bildirək ki, Ostində keçirilən yarışda «Red Bull»un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Britaniyalı Lando Norris ("McLaren") ikinci, monakolu Şarl Lekler ("Ferrari") isə  üçüncü yerlə kifayətlənib.