İtaliyalı tennisçi qızıl raketka hədiyyə edilib

İtaliyalı tennisçi qızıl raketka hədiyyə edilib

İtaliyalı tennisçi Yannik Sinnerə "Six Kings Grand Slam" turnirində qalib gəldikdən sonra ona qızıl raketka hədiyyə edilib.

Olimpnews.az xəbər verir ki, çəkisi 3 kq olan raketin qiyməti 250 min avrodur. Mükafatı Sinnerə Səudiyyə Ərəbistanı Kral Kanslerinin müşaviri Turki Əl-Şeyx təqdim edib.

Qeyd edək ki, oxşar mükafat 2024-cü ildə Rafael Nadala təqdim olunub.