"Qolden Steyt Uarriors"un basketbolçusu Conatan Kuminqa 35 min dollar cərimələnib.
Olimpnews.az xəbər verir ki, 23 yaşlı konqolu oyunçu top atışı zamanı büdrəyib və hakimi itələyib. Hakim Rodni Motte onu dərhal meydandan qovub. Meydandan qovulmazdan Kuminqa 7 xal, 6 ribaund və 4 məhsuldar ötürmə edib.